Dərnəgüldəki taxta bazarında meyit tapıldı

2 Sentyabr 2026 13:10

Bakıda taxta bazarında meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə Nərimanov rayonu, Z.Bünyadov prospekti 507-də yerləşən taxta bazarında qeydə alınıb.

Burada 48 yaşlı Zaur Sahib oğlu Həmidovun meyiti tapılıb. Mərhumun bazarda fəhlə işlədiyi bildirilir.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)