Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryan iki aylıq həbs olunub.
Milli.Az xəbər verir ki, o, rüşvət alma, çirkli pulların yuyulması və qanunsuz əmlak əldə etməkdə ittiham edilir.
Xaçatryan səhhətindəki problemlərə görə məhkəməyə xərəkdə aparılıb. Vəkilləri bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib.
Cinayət işi çərçivəsində onun və oğlunun evində, həmçinin onlarla əlaqəli 20-dən çox şirkətin ofisində axtarış aparılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)