Sumqayıtda 63 yaşlı sürücü piyadanı vuraraq öldürdü

2 Sentyabr 2026 10:12

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə zamanı 1963-cü il təvəllüdlü Yaşar Əsgərovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.

Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.\

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)