"Mançester Siti" heyətinə yeni futbolçu qatıb.
Milli.Az xəbər verir ki, "şəhərlilər" "Everton"un hücumçusu İliman Ndiayenin transferini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı Seneqal millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalanıb. Tərəflər arasında bağlanan sözləşmənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
"Mançester Siti" bu keçid üçün "Everton"a bonuslarla birlikdə təxminən 76 milyon avro ödəyəcək.
Qeyd edək ki, İliman Ndiaye 2024-cü ilin yayından "Everton"un formasını geyinirdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)