“Mançester Siti”dən 145 milyonluq rekord transfer

2 Sentyabr 2026 11:47

Mançester Siti" Enzo Fernandesin transferini tamamlayıb. Argentinalı yarımmüdafiəçinin keçidi İngiltərə Premyer Liqasında rekord məbləğlə nəticələnib.

Milli.Az xəbər verir ki, 25 yaşlı futbolçunun transferi üçün "Çelsi"yə 145 milyon avro ödənilib. Bu məbləğ Premyer Liqa tarixində ən bahalı transfer göstəricisidir.

Fernandes bununla "Liverpul"un Aleksander İsak üçün "Nyukasl"a ödədiyi 145 milyon avroluq transfer məbləğini təkrarlayıb. Hər iki futbolçu İngiltərə çempionatının ən bahalı transferləri siyahısında ilk pilləni bölüşür.

Qeyd edək ki, Enzo Fernandes 2022-ci ildə Argentina ilə dünya çempionu olub. O, 2023-cü ildən "Çelsi"də çıxış edirdi.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)