İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Antonio Rüdiger Almaniya milli komandasında çıxışını dayandırmaq qərarına gəlib.
Milli.Az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Antonio Rüdiger açıqlamasında qərarını uzun müddət düşündükdən sonra verdiyini bildirib. O, artıq milli komandadakı fəaliyyətini başa vuraraq öz yerini gənc futbolçulara verməyin vaxtının çatdığını qeyd edib.
Qeyd edək ki, Antonio Rüdiger 2014-cü ildən Almaniya millisinin formasını geyinirdi. O, yığmanın heyətində keçirdiyi 86 matçda 3 qola imza atıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)