“Komedixana”da tamaşaçının gülüşü aktyorları da güldürdü - (Video)

5 Sentyabr 2026 14:44

"Komedixana"nın buraxılışlarından birində yaşanan maraqlı an sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, çəkiliş zamanı səhnədə nümayiş olunan səhnəcik zalda əyləşən tamaşaçılardan birinin reaksiyası ilə daha da rəngarəngləşib.

Belə ki, qadın tamaşaçının səhnəcik zamanı yüksək səslə qəhqəhə çəkərək gülməsi diqqətdən yayınmayıb. Onun səmimi və gurultulu gülüşü səhnədəki aktyorları da güldürüb.

Aktyorların tamaşaçının reaksiyasına gülərək qarşılıq verməsi verilişdə xoş və əyləncəli ab-hava yaradıb. Sözügedən anların görüntüləri sosial şəbəkələrdə paylaşılaraq izləyicilərin marağına səbəb olub.

İzləyicilər qadının gülüşünü "səhnəcikdən daha maraqlı" hesab edərək müxtəlif şərhlər yazıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)