İran ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurub

2 Sentyabr 2026 00:23

İran Silahlı Qüvvələri ölkənin mərkəzi hissəsində yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirərək ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ PUA-sı Xomeyn şəhəri üzərində vurulub.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə silsilə zərbələr endirildiyini açıqlayıb. Press TV-nin məlumatına görə, İranın cənub sahillərində, o cümlədən Qeşm adasında və bir sıra şəhərlərdə partlayışlar baş verib.

ABŞ Prezidenti Donald Tramp isə Amerika obyektlərinə yeni cavab hücumlarının həyata keçiriləcəyi təqdirdə İrana qarşı daha sərt hərbi addımlar atılacağı ilə hədələyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)