Coli Ukraynada restoranda - (Foto)

2 Sentyabr 2026 00:31

Məşhur aktrisa Ancelina Coli Ukraynanın Poltava şəhərindəki bir restoranda görünüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa və UNICEF-in xoşməramlı səfirinin görüntüləri həmin məkanın müştəriləri tərəfindən instaqramda paylaşılıb.

"Məşqdən əvvəl səhər yeməyi yemək üçün ora girmişdim və birdən qarşımda Ancelina Colinin oturduğunu gördüm. Tamamilə şoka düşdüm", - videonu çəkən istifadəçi yazıb.

Qadın qeyd edib ki, Colinin şəklini çəkməyə icazə verilmirdi, lakin məşhur aktrisanın çəkilməsini konkret olaraq kimin qadağan etdiyini açıqlamayıb. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)