Metronun təmirindən sonra istifadəyə verilən ekspres avtobusların fəaliyyəti müntəzəm şəkildə davam etdirilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ictimai nəqliyyatdan mütəmadi istifadə edən sərnişinlər deyirlər ki, bu marşrutlar daha əlçatandır. İstədikləri metrostansiyada düşərək yaxınlıqdakı avtobuslardan istifadə edirlər.
Yerüstü Nəqliyyat Agentliyindən də bildirildi ki, monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanda sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır.
4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)