Bahar Lətifqızı ona toxunan kişiyə əsəbiləşdi - (Video)

5 Sentyabr 2026 12:53

Müğənni Bahar Lətifqızı məclislərin birində görüntülənib.

Milli.Az xəbər verir ki, toy zamanı səhnəyə çıxan kişi müğənni ilə şəkil çəkdirmək istəyib. Foto çəkilişi zamanı kişinin sənətçiyə toxunmağa çalışdığı anlar diqqət çəkib.

Bahar Lətifqızı isə bu hərəkətdən narazılığını açıq şəkildə ifadə edərək etirazını bildirib. Sənətçinin reaksiyası məclisdəki digər şəxslərin də diqqətindən yayınmayıb.

Həmin anların görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin davranışını dəstəkləyən və hadisəyə fərqli yanaşan fikirlər bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)