Gədəbəy rayonunda 34 il öncə törədilmiş qətlin üstü açılıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, oğul öz atasını ağacla döyərək qətlə yetirməkdə şübhəli bilinir.
Rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovun oğlu tərəfindən ağacla döyülərək qətlə yetirildiyi müəyyən olunub.
Saxlanılan Polad Məmmədovun oğlu Nicat Məmmədov isə atasının belə bir hadisə törətdiyinə inana bilmədiyi deyir.
1992-ci ildə bu ailə ilə qonşulquda gəlin olan Minayə Salmanova bildirir ki, Poladla atası Şahbaz arasında münasibət həmişə yaxşı olub.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)