ABŞ İranda toy keçirilən yeri bombaladı - Ölən və yaralananlar var - Yenilənib

2 Sentyabr 2026 00:07

ABŞ ordusunun İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücumu zamanı 50 nəfərə çatıb.

Bu barədə Milli.Az "Tasnim"ə istinadən xəbər verir.

Qeyd olunur ki, toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb. Hücum zamanı daha 2 nəfər ölüb.

-------------

ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, xəsarət alanlar var.

Milli.Az IRIB-yə istinadən xəbər verir ki, bir neçə vətəndaş yaralanıb.

"Ölənlərin olması da istisna edilmir, məsələ hazırda araşdırılır", - məlumatda bildirilib.

Qeyd olunub ki, toy mərasiminin keçirildiyi yer hava zərbələrinə məruz qalıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)