Bukmeker kontorlarının yenilənmiş əmsallarına əsasən, ötən mövsümün "Qızıl Top" ("Ballon d'Or") mükafatı uğrunda mübarizədə favoritlər açıqlanıb.
Milli.Az xəbər verir ki, İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn baş favoriti olaraq irəlidə qərarlaşıb.
Reytinqin zirvəsində Harri Keyn qərarlaşsa da, siyahıda Lamin Yamal, Kilian Mbappe, Rodri və Lionel Messi kimi dünya futbolunun aparıcı ulduzları da yer alıblar.
Mövsümün nəticələrinə və turnirlərdəki çıxışlara uyğun olaraq bukmekerlərin təqdim etdiyi əmsallar və favoritlər siyahısı yenilənməyə davam edir.
Tarix: Namizədlər 8 sentyabrda açıqlanacaq (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)