"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi

1 Sentyabr 2026 20:31

"Qarabağ"dan ayrılıb Malayziyanın "Yohor Darul Tazim" (Johor DT) klubuna keçən Dani Bolt yeni komandasında qol sevinci yaşayıb.

Milli.Az xəbər verir ki, Malayziya Kubokunun 1/8 final mərhələsinin ilk oyununda "Yohor Darul Tazim" səfərdə "Damansara" komandasının qonağı olub. Qarşılaşma qonaqların 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

1 sentyabr

"Damansara" - "Yohor Darul Tazim" - 1:4

Qollar: A.Akmal, 90+1 // Jairo, 3-pen.; Dani Bolt, 29, M.Hidalqo, 42, 53

Xatırladaq ki, 27 yaşlı sağ cinah oyunçusu "Qarabağ"a 2025-ci ildə Portuqaliyanın "Torrense" klubundan transfer olunmuşdu. Ağdam təmsilçisi avqustun 29-da futbolçu ilə yollarını ayırıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)