CENTCOM: SEPAH hədəflərinə zərbələr endirməyə başladıq

1 Sentyabr 2026 20:48

"İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirməyə başladıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib.

Komandanlıq İrana zərbələrin SEPAH-ın Hörmüz boğazında gəmiçiliyi hədəf alan son hücumlarından sonra endirildiyini açıqlayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)