Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində çıxış edərkən onun mətbuat katibi Dmitri Peskov yuxulayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu maraqlı hadisə kameraların obyektivləri qarşısında baş verib.
Yayılan kadrlarda Putinin çıxış etdiyi zaman Peskovun gözlərini yumduğu və sanki mürgülədiyi əks olunub.
Bu qeyri-adi an sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Həmin anın görüntülərini təqdim edirik:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)