Trabzonspor son olaraq "Amed Sportif Faaliyetler"ə 2-1 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Fatih Tekke ilə yollarını ayırıb.
Milli.Az xəbər verir ki, Süper Liqanın 3-cü turunda "Amed"in qonağı olan Trabzonspor matçdan 2-1 hesablı məğlubiyyətlə ayrılıb.
Matçdan sonra baş məşqçi Fatih Tekke Bordo-Mavili rəhbərliyə istefa etmək istədiyini bildirib. Rəhbərlik isə ötən həftə "Ferencvaros"la matçdan sonra istefadan yayındırdığı Təkkənin bu dəfəki istefasını qəbul etmək qərarına gəlib.
Trabzonspor klubu məsələ ilə bağlı sosial şəbəkə hesabında rəsmi açıqlama verib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)