Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu

1 Sentyabr 2026 18:23

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Daha əvvəl komandanın məşqçilər korpusunda çalışan Davit Şulçek baş məşqçi vəzifəsini icra edəcək.

UEFA Pro lisenziyasına sahib olan 35 yaşlı mütəxəssis 2013-cü ildən peşəkar futbolda məşqçi kimi çalışır. O, karyerası ərzində "Rozvoj Katovitse", "Viqri Suvalki", "Stal Mieleç" və "Visla Krakov"da çalışıb.

Mütəxəssis bu ilin yanvarından "Rakuv"da əvvəlcə Lukaş Tomçikin, daha sonra isə Davit Kroçekin köməkçisi kimi fəaliyyət göstərib. Bu müddətdə komanda Polşa Kubokunun finalına və UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Qeyd edək ki, o, komandanın sabiq çalışdırıcısı Davit Kroçeki əvəzləyib. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)