Norveçin yeni kralı parlamentdə and içdi

1 Sentyabr 2026 17:40

Norveçin yeni kralı VIII Haakon parlamentdə and içib.

Milli.Az xəbər verir ki, bu barədə NRK məlumat yayıb. 

53 yaşlı VIII Haakon, 28 avqust səhəri Oslo Dövlət Xəstəxanasında vəfat edən atası V Haraldın yerinə keçib. Monarx ayın ortalarından bəri xəstəxanada idi. 27 avqustda kral ailəsi monarxın vəziyyətinin son dərəcə ağırlaşdığını elan edib. Oğlu Haakon, xəstəliyi dövründə monarxın vəzifələrini müvəqqəti olaraq dövlət başçısı kimi icra edirdi. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)