Suriyanın İdlib vilayətində hərbi sursat daşıyan avtobusda partlayış baş verib.
Milli.Az xəbər verir ki, hadisə Binniş şəhərində qeydə alınıb.
Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin səbəbləri araşdırılır./sana
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)