Rusiyada kilsəyə gələnlərə bellə hücum edən şəxs öldürüldü

1 Sentyabr 2026 16:22

Rusiyanın Moskva vilayətində kilsəyə gələnlərə bellə hücum edən şəxs öldürülüb.

Milli.Az xəbər verir ki, hadisə Maryino şəhərində baş verib.

Məlumata görə, psixoloji problemləri olduğu bildirilən 29 yaşlı Qleb adlı şəxs əvvəlcə kilsəyə gələnlərə toxunmağa və onları qucaqlamağa çalışıb. Kilsə əməkdaşlarının psixiatriya xəstəxanasına məlumat verməsindən sonra isə o, aqressivləşərək ətrafındakılara bellə hücum edib.

Hadisə yerinə gələn feldşer də onun hücumuna məruz qalıb və bellə bir neçə dəfə zərbə alıb.

Kilsə əməkdaşı Mixail Sergeyevin sözlərinə görə, ərazidən keçən şəxs travmatik tapançadan atəş açaraq Qlebi yaralayıb. Hücum edən şəxs aldığı güllə yaralarından hadisə yerində ölüb.

Yaralanan feldşer xəstəxanaya yerləşdirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)