Balakəndə 232 min manatlıq bəyan edilməyən mallar aşkarlandı

1 Sentyabr 2026 16:16

Balakən Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkar edilib.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Belə ki, idarənin "Mazımqara" gömrük postunda Gürcüstandan ölkəmizə gələn, qarışıq yüklər daşıyan iki yük nəqliyyat vasitəsində yoxlama aparılıb.

Yoxlama nəticəsində nəqliyyat vasitələrindən, ümumilikdə 232 min 185 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən və düzgün bəyan edilməyən linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)