Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır.
Milli.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib.
Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia edilib.
Uşağın valideynlərinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi qeyd olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)