"Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması yolunda irəliləyirik” - Paşinyan

1 Sentyabr 2026 15:22

Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində də irəliləyirik.

Milli.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "ŞƏT plyus" formatında görüşdəki çıxışı zamanı deyib.

"Çoxqütblü xarici siyasət həyata keçiririk, bunu balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət adlandırırıq. Bu siyasət çərçivəsində biz hazırkı vəziyyətə kifayət qədər həssas yanaşan müxtəlif güc mərkəzləri ilə münasibətlərimizi qoruyub saxlamaq üçün əlaqələrimizi fəallaşdırırıq. Bizim üçün bu balansın əsas əhəmiyyəti və mürəkkəbliyi ondan ibarətdir ki, belə siyasətin əsas məqsədi suverenliyi və müstəqilliyi qorumaq və gücləndirməkdir. Bu strategiyaları hazırlayarkən belə nəticəyə gəlmişik ki, müstəqillik və suverenlik olmadan bu mümkün deyil. Məhz buna görə də qonşularımız İran və Gürcüstanla dostluq münasibətlərimizi dərinləşdirməklə yanaşı, digər iki qonşumuz - Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində də irəliləyirik" . 

Paşinyanın sözlərinə görə, layihənin həyata keçirilməsi Xəzər dənizini Aralıq dənizi ilə birləşdirərək, təkcə Şərq-Qərb istiqamətində deyil, həm də Fars körfəzini Qara dənizlə birləşdirən Şimal-Cənub oxu üzrə yeni nəqliyyat imkanları yaradacaq. "Beləliklə, layihənin həyata keçirilməsindən regionun bütün ölkələri qazanacaq", - deyə o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan çoxqütblü dünya konsepsiyasını bölüşür və müxtəlif güc mərkəzləri ilə münasibətlərin inkişafını öz xarici siyasət strategiyasının bir hissəsi hesab edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)