“Liverpul” 18 yaşlı qapıçı transfer edir

1 Sentyabr 2026 15:30

İngiltərənin "Liverpul" klubu heyətinə gənc qapıçı cəlb etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, Mersisayd təmsilçisi Belçikanın "Genk" klubunda çıxış edən Lukka Brugmansın transferi ilə bağlı razılığa gəlib. Məlumatı tanınmış insayder Fabritsio Romano da sosial şəbəkə hesabında təsdiqləyib.

Məlumata görə, 18 yaşlı qolkiperin transferi "Liverpul"a təxminən 35 milyon avroya başa gələcək. Bununla belə, Brugmans yeni klubuna dərhal qoşulmayacaq və İngiltərə təmsilçisinin düşərgəsinə 2027-ci ilin yayında qatılacaq.

"Liverpul" artıq futbolçunun tibbi müayinədən keçməsi üçün lazımi icazəni əldə edib. Növbəti mərhələdə rəsmi sənədləşmə prosesinin tamamlanması gözlənilir.

Qeyd edək ki, Lukka Brugmans həm Belçika, həm də Niderland futbol məktəbinin yetirməsidir. O, 2024-cü ildən "Genk"in əsas komandasında forma geyinir.

"Transfermarkt"ın məlumatına əsasən, gənc qapıçının hazırkı bazar dəyəri 4 milyon avro təşkil edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)