Azərbaycanın tanınmış cüdoçusu, Olimpiya çempionu Hidayət Heydərov sosial media paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, titullu idmançı ailəsi ilə birlikdə çəkdirdiyi yeni fotoları izləyicilərinin diqqətinə çatdırıb.
Hidayət Heydərov paylaşımında yaxınları ilə keçirdiyi vaxtın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Doğrudan da, dəyər verdiyimiz insanlarla keçirdiyimiz zamanın yeri başqadır. Sevdiklərin yanındadırsa, ən sadə an belə xüsusi olur", - deyə idmançı qeyd edib.
Qeyd edək ki, Hidayət Heydərov 1 qat Olimpiya, 1 qat dünya və 4 qat Avropa çempionudur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)