Tele-aparıcı Kamilə Babayevanın bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşımı diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, anasının görüntülərini yayımlayaraq bu sözlərlə onu yada salıb:
"Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin. O böyük ürəyinə, əhvalından asılı olmayaraq, dünyaları sığdırdın. Tanıdığım ən böyük vətən sevdalısı. Dilini, dinini, tarixini, bayrağını, ədəbiyyatını, musiqisini bütün qəlbinlə sevdin. Hər gözəl hekayədə səni görəcəyəm, hələlik...".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)