Türkiyənin "Fənərbağça" klubunda heyətlə bağlı yeni dəyişikliklər gözlənilir.
Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Cihan Kamer canlı yayım zamanı klubun üç futbolçu ilə yollarını ayıracağını açıqlayıb.
Onun sözlərinə görə, Cengiz Ündər və Dieqo Karlosdan sonra Anderson Taliska, Rodriqo Bekao və Çağlar Söyüncü də komandadan ayrılacaq.
Beləliklə, "Fənərbağça"da yeni mövsüm öncəsi heyət yenilənməsi davam edəcək. İstanbul klubunun sözügedən futbolçularla bağlı yekun qərarı yaxın günlərdə rəsmiləşdirməsi gözlənilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)