Kosmosa uçan ilk jurnalist vəfat etdi

1 Sentyabr 2026 13:00

Yaponiyada ölkənin kosmosa uçan ilk vətəndaşı və dünyada ilk peşəkar jurnalist-kosmonavt olan Toyohiro Akiyama 85 yaşında vəfat edib.

Milli.Az xarici KİV-ə istinadla bildirir ki, onun ölümünü TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio açıqlayıb.

1990-cı ildə TBS-də jurnalist kimi çalışan Akiyama Sovet İttifaqının "Mir" orbital stansiyasının ekipajına daxil olub. İlk Sovet-Yaponiya kosmik uçuşunun təşəbbüskarı məhz TBS telekanalı olub.

Orbitdə olduğu müddətdə Akiyama canlı reportajlar hazırlayıb, məktəblilər üçün dərslər keçirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)