Avqustun 31-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olan ümumilikdə 133 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)