Daşqın və torpaq sürüşmələri 1000-dən çox can aldı

1 Sentyabr 2026 12:00

Nepal və Çin sərhədində baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1000-i ötüb.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, təbii fəlakətlər nəticəsində Nepalda 987, Çində isə 16 nəfər həyatını itirib.

Məlumata görə, hər iki ölkədə 4 400-dən çox insan itkin düşüb.

Hazırda ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)