ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

1 Sentyabr 2026 11:43

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrliyi Pakistana təhvil verir.

Milli.Az Report-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

"Qırğızıstan ŞƏT-də sədrliyi başa çatdırır", - S.Japarov Bişkekdəki ŞƏT Sammitinin yekunlarına əsasən qeyd edib.

S.Japarov Pakistanın Baş naziri Şahbaz Şərifə uğurlar arzulayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)