Ebru Gündeşin səhnə geyimi diqqəti çəkdi - (Video)

1 Sentyabr 2026 13:17

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş səhnə görünüşü ilə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin konsert zamanı seçdiyi libas sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Ebru Gündeş krem tonlarında, parıltılı detallarla bəzədilmiş və bədən quruluşunu ön plana çıxaran səhnə geyimində kamera qarşısına keçib. Zərif aksessuarlarla tamamlanan obraz müğənninin görünüşünə xüsusi dəbdəbə qatıb.

Sənətçinin paylaşdığı görüntülər qısa müddətdə izləyicilərin marağına səbəb olub. Onun səhnə tərzi ilə bağlı çoxsaylı müsbət rəylər yazılıb.

İzləyicilər Ebru Gündeşin geyimini yüksək qiymətləndirərək "Elbisəyə bax!", "Geyim ona çox yaraşıb", "Hər zaman zövqlü və baxımlıdır" kimi şərhlərlə fikirlərini bölüşüblər.

Müğənninin səhnə obrazı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)