Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - (Foto)

1 Sentyabr 2026 10:48

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.

Sonra "ŞƏT plyus" formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdirdilər.

Xəbər yenilənəcək

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)