Şəkidə oteldə yanğın oldu

1 Sentyabr 2026 09:58

Şəkidə oteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Milli.Az apa-ya istinadla xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli İSSAM oteldə yanğın baş verib.

Yanğın nəticəsində otelin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)