Paşa Şirinov vəfat etdi

1 Sentyabr 2026 09:50

Lerik rayonunda tanınmış şəxs olan Zenoni kənd orta məktəbinin direktoru Paşa Şirinov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddətdir səhhətində problem yaranan və Bakıda xəstəxanaya yerləşdirilən pedaqoq 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Paşa Şirinov vəkil Fuad Şirinovun atasıdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)