İngiltərə Premyer Liqasında II turun qarşılaşmaları davam edir.
Milli.Az xəbər verir ki, turun səfər matçında "Arsenal" "Aston Villa" ilə üz-üzə gəlib. Birmingemdə yerləşən "Villa Park" stadionunda baş tutan görüş London klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı müəyyənləşdirən yeganə qol "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka tərəfindən vurulub.
Növbəti turda "Arsenal" doğma meydanda London derbisində "Çelsi"ni qəbul edəcək. "Aston Villa" isə sentyabrın 5-də səfərdə "Hall Siti"nin qonağı olacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)