Türkiyənin "Tabii" platformasında yayımlanması planlaşdırılan "Davet Musab" serialında rol alacaq aktyorlardan biri bəlli olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin aktyor heyətinə Ali Buhara Mete də qoşulub. Məşhur aktyor tarixi serialda islam tarixinin önəmli şəxsiyyətlərindən biri olan "Zeyd bin Harisə" obrazını canlandıracaq.
Layihədə bundan əvvəl Furkan Palalı, Emre Kıvılcım və Ekin Aksoyun da rol alacağı açıqlanıb.
Qeyd edək ki, Ali Buhara Mete "Kurtlar vadisi" serialındakı rolu ilə geniş tamaşaçı auditoriyasına tanışdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)