İtaliyanın "Yuventus" klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Kənan Yıldız cərrahi əməliyyat keçirib.
Milli.Az xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı vingerin sol ayağından əməliyyat olunduğunu açıqlayıb.
Məlumata görə, Kənan Yıldız Almaniyada cərrahiyyə əməliyyatına məruz qalıb və müdaxilə uğurla başa çatıb. Futbolçunun bərpa müddəti və yaşıl meydanlara nə zaman qayıdacağı ilə bağlı hələlik konkret məlumat verilməyib.
Qeyd edək ki, Kənan Yıldız 2022-ci ildən "Yuventus"un əsas komandasında çıxış edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)