Roza prezidentlərin qarşısında çıxış etdi - (Video)

1 Sentyabr 2026 08:47

Qırğızıstanın paytaxtı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Açılış mərasiminin xüsusi qonaqları arasında Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli də olub. Sənətçi 51 min tamaşaçı tutumuna malik Bişkek Stadionunda səhnəyə çıxaraq məşhur "İstədim" mahnısını ifa edib.

Roza Zərgərlinin möhtəşəm səhnə çıxışı tədbir iştirakçılarının diqqətini çəkib.

Qeyd edək ki, Dünya Köçəri Oyunları müxtəlif xalqlar arasında dostluq, birlik və qarşılıqlı hörmətin təşviqinə xidmət edir. Beynəlxalq tədbir həmçinin köçəri xalqların mədəni irsinin, qədim ənənələrinin və milli dəyərlərinin tanıdılması və qorunması baxımından mühüm platforma hesab olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)