"Qalatasaray"dan 11 milyon avroluq transfer - (Foto)

31 Avqust 2026 23:43

"Qalatasaray" klubu transferlərə "doymur". 

Milli.Az xəbər verir ki, "Qalatasaray" hücum xəttini gücləndirmək üçün Portuqaliyanın "Portu" klubunda çıxış edən Deniz Gülün transferini bitirməyə çox yaxındır.

"Sarı-qırmızılar" bu transfer üçün "Portu"ya ümumilikdə 11 milyon avro ödəniş edəcəklər.

Gənc hücumçu və menecerinin transfer danışıqlarını rəsmiləşdirmək və tibbi müayinədən keçmək üçün sabah İstanbulda olacağı gözlənilir. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)