Qadağan olunmuş it cinsinə aid olduğu əsas gətirilərək heyvanı əlindən alınan qadının reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yayılan görüntülərdə vəzifəli şəxslərin qadının itini ondan götürdüyü görünür. Heyvanın aparılmasını göz yaşları içində izləyən qadın daha sonra özünü saxlaya bilməyib.
Sinir böhranı keçirən qadın yerə uzanaraq uzun müddət sakitləşə bilməyib. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, onun emosional vəziyyətinin bir müddət davam etdiyi görüntülənib.
Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayıldıqdan sonra izləyicilər arasında müxtəlif fikirlər bildirilib. Qadının reaksiyası və heyvanın əlindən alınması ilə bağlı görüntülər geniş müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)