"Alya": "Heç bir estetik əməliyyatım yoxdur" - (Video)

1 Sentyabr 2026 11:00

"Uzak Şehir" serialında Alya obrazını canlandıran aktrisa Sinem Ünsal görünüşü ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Milli.Az xəbər verir ki, aktrisanın sözlərinə görə, üzündə və bədənində hər hansı estetik əməliyyat və ya müdaxilə olmayıb. Sinem Ünsal təbii görünüşünü qorumağa üstünlük verdiyini qeyd edib.

Onun bu açıqlaması sosial şəbəkələrdə maraq doğurub. İzləyicilər aktrisanın təbii görünüşü ilə bağlı fikirlərini bölüşərək paylaşımı müzakirə ediblər.

Sinem Ünsalın estetik əməliyyat etdirmədiyini açıqlaması xüsusilə onun görünüşündə dəyişiklik olduğunu düşünən izləyicilərin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)