Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)