Bağlarda il boyu görülən siçanların xüsusilə payız və qış aylarında qida və sığınacaq axtarışı ilə daha tez-tez ortaya çıxırlar. Sosial şəbəkələrdə "Plant Lover" istifadəçi adı ilə tanınan bir bağçılıq mütəxəssisi siçanların qoxu həssaslığından istifadə edərək onları uzaqlaşdırmağa kömək edən altı bitkini paylaşıb.
Milli.Az xəbər verir ki, mütəxəssisin tövsiyə etdiyi təbii bitki həlləri və istifadə qaydaları aşağıdakı kimi sıralanıb:
Nanə cövhəri (Peppermint): Mentol qoxusuna görə siçanların ən çox qaçındığı bitkilərdən biridir. Canlı nanə bitkisi qoxunun qalıcılığı sayəsində nanə yağı ilə müqayisədə daha uzunmüddətli qoruma təmin edir. Qapı və giriş nöqtələrinin yaxınlığına, torpağa və ya saxsılara əkilməsi tövsiyə olunur.
Lavanda: Kəskin qoxusu ilə siçanları və milçəkləri uzaqlaşdırır, eyni zamanda arı kimi tozlandırıcı həşəratları bağçaya cəlb edir.
Nərgiz: Acı və zəhərli soğanaqlı quruluşuna görə siçanlar tərəfindən seçilmir. Çiçəklənmə müddəti qısa olan bu bitkinin soğanaqlarının sentyabr ayında əkilməsi fevral və mart aylarına çiçək açmasını təmin edir.
Kadife çiçəyi (Məxməri çiçək): Siçanların uzaqlaşdırılmasında təsirlidir, lakin eyni zamanda "tələ bitki" funksiyasını yerinə yetirir. Zərərli həşəratları tərəvəz və meyvələrdən uzaq tutmaq üçün özünə çəkmək xüsusiyyəti var.
Sarımsaq: Kəskin ətri sayəsində siçanların yön müəyyən etmək üçün istifadə etdiyi qoxu izlərini ört-basdır edir.
Bağ nanəsi (Mint): Güclü qoxusu ilə siçanları uzaqlaşdırır. Lakin birbaşa torpağa əkildikdə sürətlə yayılaraq ərazini istila edə biləcəyi üçün saxsıda yetişdirilməsi və ev təməlləri ilə qapı kandarlarına yaxın tutulması məsləhət görülür.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)