Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı - Yenilənib

31 Avqust 2026 20:30

Sumqayıtda atası tərəfindın bıçaqlanan oğlanın vəziyyəti açıqlanıb.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, 1998-ci il təvəllüdlü şəxs (kişi) 30.08.2026-cı il tarixində saat 20:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

------------

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mübahisə zəminində Sumqayıt sakini 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaqlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, atası 71 yaşlı Nadir Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)