Yumurtanı düzgün qaydada dondurucuda saxladıqda bir ilə qədər qorumaq mümkündür.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, yumurtanın dondurulması zamanı ağ və sarının xüsusiyyətləri nəzərə alınmalıdır.
Yumurta ağı dondurulmağa daha davamlıdır və uyğun, hava keçirməyən qabda saxlanıldıqda uzun müddət keyfiyyətini qoruya bilər. Sarı isə dondurulduqda strukturunda dəyişiklik baş verə və daha qatı konsistensiya ala bilər.
Bütöv yumurtanı dondurmaq istəyənlər isə onu əvvəlcə qabığından çıxarmalı, ağ və sarını birlikdə qarışdırmalı və daha sonra uyğun qaba yerləşdirərək dondurmalıdırlar.
Mütəxəssislər yumurtanın qabığı ilə birlikdə dondurulmasını tövsiyə etmirlər. Düzgün saxlama üsuluna əməl etməklə yumurtanı daha uzun müddət qorumaq mümkündür.
Milli.Az