Yaponiyanın ən yaşlı sakini vəfat edib

31 Avqust 2026 17:30

Yaponiyanın Nara prefekturasında yaşayan Sigeqo Kaqava 115 yaşında dünyasını dəyişib.

"Nippon Television" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. 1911-ci ildə anadan olan Kaqavanın avqustun 27-də vəfat etdiyi bildirilib.

Onun ölümündən sonra Yaponiyanın ən yaşlı sakini Kioto şəhərində yaşayan 114 yaşlı Fuye Kisimoto olub.

Dünyanın ən yaşlı insanı isə britaniyalı Etel Katerhem hesab olunur. BBC-nin daha əvvəl yaydığı məlumata görə, Katerhem 2026-cı ildə 117 yaşını tamamlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)