Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

31 Avqust 2026 17:11

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 1 həkim-mütəxəssis əlavə olunub.

Belə ki, Həsənli Abidin Nəsib oğlu siyahıya əlavə olunub.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 45 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)